Son yeniləmə: 11 Mart 2022 09:34
Bayraqdar.info – Krım tatar xalqının milli lideri Mustafa Abdulcəmil Krımoğlu rus əsgərlərinə müraciət edib. O, rus əsgərlərinin Ukraynaya gəlməmək üçün əllərindən gələni etməyə çağırıb.
Kırım Haber Ajansı xəbər verir ki, M.Krımoğlu Ukraynaya gələn rus əsgərlərinin ya qatil olduğunu, ya da öldürüldüyünü deyib: “Bura cəhənnəmdir. Buna görə də hərbi xidmətə getməkdən imtina edin. Uzağı buna gör sizə 2 il həbs cəzası verərlər. Həbsə girin, amma bura gəlməyin.
Bundan başqa Ukraynada müharibənin gedişində ölən əsgərlər arasında çoxlu sayda milli azlıqların təmsilçilərinin olduöunu da qeyd edib. Onun sözlərinə görə, Rusiya Ukraynaya çoxlu sayda çeçen, inquş, tatar, başkurt gəncləri göndərib.
https://www.youtube.com/watch?v=8HBWioy5uAM&t=2s