Press "Enter" to skip to content

“Buta Airways”: “Bakıdan İstanbula gedən təyyarə Ankarada enib”

"Buta Airways"

Bayraqdar.info – Martın 11-də “Buta Airways”in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) reysini həyata keçirən hava gəmisi Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında (ESB) enib.

Bu barədə bayraqdar.info-ya “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” dən bildirilib.

Məlumata görə, Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

Sabiha Gökçen Hava Limanı icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.

Mission News Theme by Compete Themes.