Son yeniləmə: 11 Mart 2022 14:50
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi əməkdaşlığa başlayıb.
Bu barədə bayraqdar.info-ya martın 11-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, birgə əməkdaşlıq çərçivəsində Qadın və Uşaq Sığınma evində məskunlaşmış qadınlar üçün xeyriyyə məqsədilə dərzi peşəsi üzrə hazırlıq kursu təşkil edilib. Bakı Peşə Hazırlığı Mərkəzinin peşəkar təlimçiləri tərəfindən kursa cəlb olunan şəxslərə nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar da tədris olunacaq.
Kursu bitirən müdavimlərə sertifikatlar veriləcək və onların işlə təmin olunmasına dəstək göstəriləcək.