Press "Enter" to skip to content

Azərbaycanın ABŞ ilə iqtisadi tərəfdaşlığı inkişaf edir

Son yeniləmə: 11 Mart 2022 10:58

Bayraqdar.info – Azərbaycanın ABŞ ilə iqtisadi tərəfdaşlığı inkişaf edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd olunduğunu bildiirb. M.Cabbarov Azərbaycanın ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, regional təhlükəsizlik və əməkdaşlıq, iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlıq imkanlarını vurğulayıb.

Bu barədə bayraqdar.info-ya İqtisadiyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir bildirib ki, pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir və bu məqsədlə institusional islahatların həyata keçirilməsini tələb edən hədəflər müəyyənləşdirilib.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti qurumla tərəfdaşlığın istiqamətləri barədə fikirlərini bildirib, ABŞ-nin işgüzar dairələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka maraq göstərdiklərini diqqətə çatdırıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Xəzər Siyasət Mərkəzinin nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfəri nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.