Son yeniləmə: 11 Mart 2022 15:12
Bayraqdar.info – Azərbaycanda peşəkar teatrın yaranması 1873-cü ilin 10 mart tarixinə təsadüf edir. Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş olunub və bununla da ölkədə peşəkar milli teatrın əsası qoyulub. Przident İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il mart ayının 10-u Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart Milli Teatr Günü münasibəti ilə “Hər yerdə teatr” adlı maraqlı layihə həyata keçirilib. Nazirlikdən verilən xəbərdə bildirilir ki, layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclik Mall və Bakı Metropoliteni QSC-olub.
Layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasında və Gənclik Mall ticarət və əyləncə mərkəzində teatrların iştirakı ilə tədbir təşkil olunub. “İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı yaşadıb.
Qeyd edək ki, tədbirdə Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib. “Hər yerdə teatr” layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həşteqləri ilə çoxlu paylaşımlar edilib.
Milli Teatr Günündə bayraqdar.info-nun əməkdaşı da Azərbaycan Dövlət Akademik Milli Teatrında olub. Teatr milli bayram gününü M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (2Lənkəran xanı vəzirinin sərgüzəştləri”) tamaşası ilə qeyd edib.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov tamaşaçıların qarşısına çıxara teatrın tarixi haqda danışıb. Daha sonra tamaşa nümayiş edilib.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov tamaşaçıların qarşısına çıxaraq Azərbaycan teatrının tarixi haqda danışıb. Daha sonra tamaşa nümayiş edilib.