Press "Enter" to skip to content

Şuşaya həsr olunan beynəlxalq konfrans

AMEA

Son yeniləmə: 10 Mart 2022 10:05

Bayraqdar.info – İyulun 5-6-da Şuşa və Bakı şəhərlərində “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans (hibrid formatda) keçiriləcək. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə baş tutacaq.

Bu barədə martın 10-da bayraqdar.info-ya AMEA-dan məlumat verilib.

“Konfrans Şuşa və ətraf ərazilərin flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresursları, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri, regionun meşə və otlaq ekosistemləri mövzularını əhatə edir.

“Şuşa və ətraf ərazilərin qırmızı siyahıları, introduksiya və reintroduksiya məsələləri, Qarabağın qorunan əraziləri, mövcud vəziyyət və perspektivlər, regionun genetik ehtiyatları və ərzaq təhlükəsizliyi mövzuları da konfrans mövzularına daxildir. Eyni zamanda, konfransda Şuşa və ətraf ərazilərin su və torpaq ehtiyatlarının bərpası, səmərəli və təhlükəsiz istifadəsində müasir yanaşmalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa və inkişafı, akvamüxtəliflik və akvakulturanın inkişaf perspektivləri, herantoloji tədqiqatlar, biotəhlükəsizlik məsələləri, ekoturizm və biomüxtəliflik, yaşıl iqtisadiyyat mövzuları müzakirə olunacaq.

“Azərbaycan və ingilis dillərində keçiriləcək konfransda iştirak üçün tezislər iyunun 6-dək ünvanına göndərilməlidir. Vaxtında təqdim edilməyən, elmi səviyyəsi tələblərə cavab verməyən, ciddi redaktə olunmamış tezislər qəbul edilməyəcək. Konfrans materialları elektron və çap formatlarında nəşr olunacaq”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.