Son yeniləmə: 10 Mart 2022 12:33
Bayraqdar.info – AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “NGC 7469 Seyfert qalaktikasının fotometrik dəyişkənliyi” mövzusunda onlayn astroseminar keçirilib.
Bu barədə bayraqdar.info-ya martın 10-da Rəsədxanadan məlumat verilib. Bildirilib ki, seminarda Rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi dosent Nazim Hüseynovun məruzəsi dinlənilib.
“Məruzəçi Seyfert qalaktikası NGC 7469-un 2016-2019-cu illərdə BVRİ süzgəclərində aparılmış fotometrik müşahidələrin nəticələrini təqdim edib. Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb”, – deyə məlumatda bildirilir.