Son yeniləmə: 10 Mart 2022 14:02
Bayraqdar.info – Azərbaycanda martın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.
“Martın 11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısa müddət ərzində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə və gündüz 4-7 dərəcə, axşama doğru 3 dərəcəyə yaxın isti, Bakıda gecə və gündüz 4-6 dərəcə, axşama doğru 3 dərəcəyə yaxın isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
“Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5 dərəcə, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacağı bildirilir”. Məlumatda belə qeyd edilir.