Son yeniləmə: 10 Mart 2022 13:13
Bayraqdar.info – 10 Mart -Milli Teatr Günü münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında sərgi açılıb.
Kitabxanadan bayraqdar.info-ya bildirilib ki, “10 Mart – Milli Teatr Günü” adlı virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.
“Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır.
“XIX əsrin ortalarında Azərbaycanın müxtəlif bölgələrində həvəskar teatr tamaşaları göstərilsə də, milli teatrın yaranma tarixi 1873-cü ilin martın 10-u və aprelin 17-də Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnəyə qoyuluşu ilə bağlıdır. Bakı realnı məktəbinin müəllimi Həsən bəy Zərdabinin və şagirdi Nəcəf bəy Vəzirovun təşəbbüsü, Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə şagirdlərin göstərdiyi bu tamaşalarla tarixinin ilk səhifələrini yazan Azərbaycan teatrı dövrün görkəmli ziyalılarının gərgin fəaliyyəti nəticəsində ölkənin mədəni həyatına yeni ab-hava gətirib, milli teatrın yaranması üçün təkan olub. “Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.