Son yeniləmə: 10 Mart 2022 14:26
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Marsol MMC-nin partnyor şirkətləri arasında görüş olub. Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Marsol MMC-nin direktoru Tural Mustafayev və digər nümayəndələr iştirak edib.
Bu barədə bayraqdar.info-ya martın 10-da Agentlikdən məlumat verilib.
Bildirilib ki, M.Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Görüşdə həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Sonda isə Mustafa Abbasbəyli Marsol MMC-nin partnyor şirkətlərinin nümayəndələrini dinləyib və onların suallarını cavablandırıb.