Son yeniləmə: 10 Mart 2022 14:30
Bayraqdar.info – Martın 11-də saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
“Azəriqaz”dan bayraqdar.info-ya bildirilib ki, aksiyada fevral ayının yekunlarına dair hesabat təqdim olunacaq.
“Tədbir Facebook sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir”, – deyə xəbərdə qeyd edilir.