Son yeniləmə: 10 Mart 2022 15:47
Bayraqdar.info – Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasında əvəzsiz xidmətləri olan voleybolun ilk böyük uğuru – qadınlardan ibarət “Azərreyl” klubunun Avropa “Top-komandalar” kubokunu qazanmasının 20 ili tamam olur.
Azərbaycan Voleybol Federasiya bu münasibətlə komandanın həmin ildəki kollektivini, həmçinin bütün voleybolsevərləri təbrik edir və Avropa “Top-komandalar” kubokunu qazanmış “Azərreyl”in kollektivini, 2002-ci ildəki heyətini bir daha xatırlayır.
“Voleybolçular – Alla Həsənova, Yelena Porxomenka, Oksana Parxomenko, Oksana Məmmədyarova, Valeriya Karatenka, İnessa Qorxmaz, Alla Teterina, Yelena Şabovta, İlahə Ağayeva, Yelena Siminyagena, Səbinə Əjdərova, Marina Kuzmina;
“baş məşqçi Faiq Qarayev; köməkçi məşqçi Aleksandr Çervyakov, Vyaçevslav Çerneykin;
həkim Zinyət Orduxanova, fizioterapevt Dinara Əjdərova; menecer Grigori Frişman”. Bu barədə bayraqdar.info-ya Federasiyadan xəbər verilib.