Press "Enter" to skip to content

Antalyadan sülh gözləntisi -YENİLƏNİB

Son yeniləmə: 10 Mart 2022 14:17

Bayraqdar.info – Rusiya ilə Ukrayna arasında gərginlik davam edir. Bu arada bu gün bütün dünyanın diqqəti Türkiyənin Antalya şəhərindədir.

Belə ki, burada Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiyanın xarici işlər nazirləri bir araya gələcək. Xatırladaq ki, bu barədə bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu öz Twitter hesabında paylaşım etmişdi.

Dmitri Kuleba ilə Sergey Lavrov Antalyada görüşəcək

Orada qeyd edilirdi ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə görüşəcəklər.

Beləliklə, artıq hər iki nazir Antalyadadır. Üçtərəfli görüşdən öncə M.Çavuşoğlu hər iki nazirlə təkbətək görüşüb. İlk görüş Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə olub.

Daha sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş olub.

Bunun ardınca isə üçtərəfli görüş başlayıb.

Qeyd edək ki, bütün dünya bu görüşü maraqla gözləyir. Hətta bu görüşü son vaxtlar tərəflrə arasınd anüamyəndə heyətlrəinin görüşlərinin növbəti, öxü də ən mühüm raundu adlandıranlar da var. Ehtimal edilir ki. Türkiyənin vasitəçiliyi ilə baş tutan bu görüş ən azı tərəflər arasında uzun müddətli atəşkəsin əldə ediləməsinə yol aça bilər.

Anadolu Ajansı xəbər verir ki, Antalyadakı Regnum Carya öteldə yerli vaxta saat 11:25-də başlayan görüş 12:50-də başa çatıb.

 

Mission News Theme by Compete Themes.