Press "Enter" to skip to content

Ağdamda Azərbaycan mövqeləri 28 dəfə atəşə tutulub

Müdafiə Nazirliyi

Bayraqdar.info – “Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub”.

Bayraqdar.info-ya martın 10-da Müdafiə Nazirliyindən bildirildiyinə görə, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Mission News Theme by Compete Themes.