Press "Enter" to skip to content

2-ci Antalya Diplomatik Forumu martın 11-də başlayır

Son yeniləmə: 10 Mart 2022 12:20

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın himayəsi və xarici işlər naziri Mevlüt Çavuşoğlunun ev sahibliyi ilə 2-ci Antalya Diplomatiya Forumu 11-13 mart 2022-ci il tarixlərində Antalyada keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, dünyanın qlobal və regional məsələlərin müzakirə ediləcəyi, rəsmi və qeyri-hökumət aktorların bir araya gələcəyi bu tədbirdən gözləntiləri var. Xüsusilə də bu Forumun Rusiya-Ukrayna qarşıdurmasının ən azı səngiməsinə vəsilə ola biləcəyi ehtimal edilir.

Çünki iki ölkənin xarici işlər nazirləri məhz bu forum çərçivəsində martın 10-da Antalyada bir araya gələcək.

Mission News Theme by Compete Themes.