Press "Enter" to skip to content

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi

Son yeniləmə: 9 Mart 2022 09:02

Bayraqdar.info – Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başlayıb. Azərbaycan Boks Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Boks Mərkəzində təşkil olunan yarışın ilk günündə, martın 8-də 60 döyüş baş tutub.

Bu barədə bayraqdar.info-ya Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq və 80 kq çəki dərəcəsində mübarizə aparan boksçular ilk görüşlərini keçiriblər.

Birinciliyin ikinci günündə isə 7 çəki dərəcəsində 56 görüş olacaq. Döyüşlər saat 13:00-da başlanacaq.

Qeyd edilib ki, yarışa martın 14-də yekun vurulacaq. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Onlar 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

Mission News Theme by Compete Themes.