Press "Enter" to skip to content

Ukraynaya təcavüz başlayandan 150 jurnalist Rusiyanı tərk edib

Jurnalistləri Müdafiə Komitəsi

Son yeniləmə: 9 Mart 2022 09:38

Bayraqdar.info – “Rusiyanın Ukraynaya hücumu insanlıq böhranını körükləndirir. Hava və raket hücumları nəticəsində mülki şəxslər ölür, 2 milyondan çox insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Yüz minlərlə insan qida, su və elektrik enerjisindən məhrum olub.”

Bu sözlər Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsindən (CPJ) martın 9-da bayraqdar.info-ya daxil olan xəbərdə yer alıb.

Qurumun icraçı direktoru Robert Mahoney bildirib ki, Prezident Vladimir Putin Rusiyanı “informasiya zülmətinə sürükləmişdir”. Qeyd edilir ki, Rusiyanın Ukraynaya təcavüzünü işıqlandıran jurnalistlər məqsədli şəkildə ciddi təhdidlərə məruz qoyulur.

CPJ-nin hesablamalarına görə, müstəqil mediaya qarşı belə təhdidlər üzündən savaş başlayan gündən bu yana ən azı 150 jurnalist Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünün media işçilərinə də ciddi zərər vurmasını, onların həyati təhlükəsini nəzərə alaraq CPJ öz internet saytında “Rusiya-Ukrayna savaşı” (“Ukraynaya təcavüz”) adı altında xüsusi tövsiyə materialları yerləşdirib.

Russia-Ukraine War

Mission News Theme by Compete Themes.