Son yeniləmə: 9 Mart 2022 11:28
Bayraqdar.info – SOCAR-dan bildirildiyinə görə, 2007-ci ildən “Kompleks Qazma İşləri” Tresti ümumilikdə 1,7 milyon metrə yaxın qazma işləri aparıb və 1 min 38 quyunu sifarişçiyə təhvil verib.
SOCAR-ın məlumatında deyilir ki, Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən “Kompleks Qazma İşləri” Tresti 15 ildir ki, fəaliyyət göstərir.
“2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan “Bulla dəniz”, “Ümid”, “Günəşli”, “Neft Daşları”nda qazıntı işlərinin aparılması və mindən çox quyunun sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar komandasının uğurudur”, – məlumatda deyilib.