Son yeniləmə: 9 Mart 2022 15:43
Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazov martın 18-də Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları Şirvan şəhərində qəbul edəcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilinmart ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq keçiriləcək.
Bu barədə bayraqdar.info-ya martın 9-da Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul saat 11:00-daEnergetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək:“Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, Energetika Nazirliyinin internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür”.