Press "Enter" to skip to content

Rusiya-Ukrayna müharibəsinin qlobal iqtsadiyyata mənfi təsirləri

Fuat Oktay

Son yeniləmə: 9 Mart 2022 09:50

Bu müharibənin Türkiyə iqtisadiyyatına təsirlərinin azaldılması istiqamətində bütün addımlar koordinasiyalı şəkildə davam etdiriləcək

Bayraqdar.info – Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına da mənfi təsir etməkdədir. Artıq bu təsirə tuş gələcəyi ehtimaıl edilən bir sıra ölkələr bu təsiri azaltmaq üçün addımlar atmağa başlayıblar.

Öz növbəsində qardaş Türkiyə də müvafiq hazırlıqlar görür. Belə ki, martın 9-da İqtisadiyyatın Koordinasiya Şurasının toplantısı olub. Vitse-prezident Fuat Oktayın sədrliyi ilə keçirilən toplantında Rusiya-Ukrayna müharibəsinin Türkiyə və qlobal iqtisadiyyata təsirləri müzakirə edilib.

Şuranın bununla bağlı yayılan açıqlamasında deyilir: “İctimaiyyətdə müzakirələrə səbəb olan bəzi qida məhsulları ilə bağlı manipulyasiya xarakterli və əsassız iddiaların əksinə olaraq, təchizat təhlükəsizliyində problem olmadığı aidiyyatı qurum və təşkilatlar tərəfindən təsdiqlənib”.

İclasda enerji daşıyıcılarının, xüsusilə neft və təbii qazın qiymətlərində artım, sənaye xammalı və aralıq malların tədarükündə baş verənlər, enerji və ərzaq təminatı təhlükəsizliyi ilə bağlı görüləcək tədbirlər, həmçinin turizm sektorunda atılacaq addımlar müzakirə edilib.

“Beynəlxalq bazarlarda baş verə biləcək dəyişikliklərlə bağlı görüləcək bütün tədbirlərin müzakirə edildiyi toplantıda Rusiya ilə Ukrayna arasında müharibənin Türkiyə iqtisadiyyatına təsirlərinin azaldılması üçün atılacaq bütün addımların koordinasiyalı şəkildə davam etdiriləcəyi bildirilib”, – deyə əlavə edilib.
.

Mission News Theme by Compete Themes.