Press "Enter" to skip to content

Nazir Qubada vətəndaşları qəbul edəcək

Son yeniləmə: 9 Mart 2022 01:41

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov martın 11-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinın inzibati binasında (ünvan: Quba şəhəri, Yeni körpü, 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin “195” Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki “Müraciətlər/vətəndaşların qəbulu/Qəbula yazılın” bölməsində müvafiq qeydiyyatdan keçməklə nazirliyin fəaliyyət iqtiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula qeydiyyat 10 mart 2022-ci il, saat 18:00-da başa çatır.

Qeyd edilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Mission News Theme by Compete Themes.