Press "Enter" to skip to content

“Meyvəçilik üzrə aqrar təlim” layihəsinin icrasına başlanır

Son yeniləmə: 9 Mart 2022 16:51

Bayraqdar.info – “Meyvəçilik üzrə aqrar təlim” layihəsinin icrasına başlanır.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildrilib ki, Agentliyin Göyçay Peşə Hazırlığı Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən fəaliyyətlərin icrasına başlanılıb: “Belə ki, regionda aqrar sahədə ixtisaslı kadrların hazırlanması məqsədilə “Meyvəçilik və bağçılıq üzrə aqronom (kiçik aqronom)” mütəxəssisi peşə ixtisası üzrə kursların təşkilinə başlanılıb. İlkin mərhələdə kursa cəlb edilmək üçün 13 müdavim seçilib. Onlara 2 ay müddətində yeni hazırlanmış təlim modulundan istifadə edilməklə dərslər keçiriləcək. Kursu uğurla bitirən şəxslər sonda Göyçay Dayaq Məntəqəsində işlə təmin olunacaqlar”.

Məlumata əsasən eyni zamanda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində Göyçay Peşə Hazırlığı Mərkəzi tərəfindən həmin Dayaq Məntəqəsində meyvə tingləri, nümayiş meyvə bağları salınacaq, meyvə yetişdirilmə istixanası hazırlanacaq: “Eləcə də Yay Təlim Mərkəzinin yaradılması üçün işlər görüləcək. Həmçinin Dayaq Məntəqəsinin təlim-təcrübə sahəsində aqroturizmin inkişaf etdirilməsi üçün müəyyən fəaliyyətlər icra ediləcək. Qeyd edilən istiqamətlər üzrə artıq ilkin işlərə start verilib. Agentliyin, İnstitutun nümayəndələri və müdavimlərin iştirakı ilə yeni tinglərin əkilməsi təmin edilib”.

Mission News Theme by Compete Themes.