Son yeniləmə: 9 Mart 2022 09:11
Bayraqdar.info – Xəbər verdiyimiz kimi martın 3-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət parlamentdən etimad səsi aldı. Həmin gün yeni tərkibli qanunverici orqanın yeni sədri də seçilməli idi. Ancaq bu seçki bir sonrakı, yəni martın 7-dəki iclasa qədər təxirə salındı.
Beləliklə, martın 7-də KKTC-nin Cümhuriyyət Məclisi növbəti dəfə toplanıb və bir qədər çətin də olsa yeni sədri seçilib. Bir qədər çətin ona görə ki, sədrin seçilməsi üçün düz beş dəfə səsvermə keçirilməli olub. Yəni, yeni sədr yalnız səsvermənin beşinci turunda lazım olan səs çoxluğunu qazana bilib.
KKTC mediasının məlumatına görə, yeni sədr UBP millət vəkili Zorlu Törə olub. Parlamentin sədr müavini isə CTP Girne millət vəkili Fazilet Özdenefe seçilib.
Bundan başqa parlamentin başqanlıq divanı da seçilib. Nəticəyə əsasən UBP İskele millət vəkili Yasemi Öztürk İdarə amirliyinə, UBP Girne millət vəkili Hasan Küçük, UBP Lefkoşa millət vəkili Alişan Şan, CTP Gazimağusa millət vəkili Şifa Çolakoğlu və CTP Lefkoşa millət vəkili Devrim Barçın isə divan katibliyinı seçilib.
Səvermədən sonra təşəkkür çıxışı edən Z.Törə “KTC-nin simvolu olan Cümhuriyyət Məclisinin sədri seçilmək mənim üçün ən böyük şərəfdir”, – deyib