Son yeniləmə: 9 Mart 2022 01:55
Bayraqdar.info – “Yunan-rum cütlüyünün Enosis hədəfli olaraq 21 dekabr 1963-cü ildə başlatdığı Qanlı Milad hücumlarında Kıbrıs türk xalqı qətlə yetirilərkən, Lefkoşa başda olmaqla, adanın bütün türk bölgələri ağır hücumlara məruz qalırdı. Kıbrıs rum rəhbərliyinin məqsədi türk müqavimətini qırmaq və Kıbrısı yunan adasına çevirmək idi”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətini Cümhurbaşqanı Ersin Tatar bildirib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar 9 mart Baf müqaviməti və şəhidlər günü münasibətilə anım mesajı yayımlayıb.
Mesajda vurğulanıb ki, həmin vaxt ağır hücumlara məruz qalan bölgələrdən biri də Bağın türk bölgəsi və türk kəndləri idi: “Bu hücumlara qarşı Baf türkləri ilə mücahidləri inanlmaz müqavimət göstərdilər. Bu gün Baf müqavimətinin 58-ci ildönümündə şəhidlərimizi bir daha rəhmət və rəhmətlə yad edir, qazilərimizi ehtiramla salamlayıram”.
1964-cü il martın 7-də başlayan və 9 marta qədər davam edən rum hücumlarının məhz Ana Vətən Türkiyənin hərəkətə keçməsindən və xəbərdarlığından sonra dayandığını xatırladan E.Tatar həmçinin bu günlər Ukraynada baş verənlərə diqqət çəkərək “Ana Vətən Türkiyənin qarantlığından heç vaxt imtina etmək olmaz”, – deyib.