Son yeniləmə: 9 Mart 2022 08:57
Bayraqdar.info – Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə ənənəvi “XXIV Bahar kuboku” turniri keçirilib. Macarıstanın “Rus RG sport” klubunun təşkil etdiyi turnirdə Azərbaycanı beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcova və beynəlxalq dərəcəli hakim Leyla Hüseynlinin rəhbərlik etdiyi “Gym kids” klubu təmsil edib.
Klubdan bayraqdar.iinfo-ya verilən xəbərdə bildirilib ki, istedadlı gimnast Mina Abbasova 2010-cu il təvəllüdlü gimnastlar arasında gürzlə hərəkətlərdə yarışın qızıl medalına layiq görülüb.
“Bu yarışlarda Azərbaycanın hesabına ümumilikdə 13 qızıl, 10 gümüş və 1 bürünc medal yazılıb.
Vətənə medallarla dönən balaca idmançılarımız artıq Gürcüstan, Macarıstan və Xorvatiyada keçiriləcək növbəti yarışlar üçün məşqlərə başlayıblar.
“Bu dəfə qələbə müjdəli gimnastların sırasında M.Abbasovanın kiçik bacısı 2014 – cü təvəllüdlü Dəniz Abbasova da var. O da bacısı kimi yarışların ən yüksək pilləsində qərarlaşıb, Bakıya qızıl medalla qayıdıb.
“Qeyd edək ki, Mina və Dəniz Abbasovalar bu qələbələrini 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr ediblər”, – deyə xəbərdə qeyd edilib.