Press "Enter" to skip to content

2021-ci ildə 7 min hektara yaxın ərazi minalardan təmizlənib – ANAMA

Minalardan təmizlənmə

Son yeniləmə: 9 Mart 2022 15:23

Bayraqdar.info – Bu barədə martın 9-da Azərbaycan Minatamizləmə Agentliyindən bayraqdar.info-ya məlumat verilib. Məlumatda bildirilib ki, 2021-ci ildə 6 min 777 hektar ərazi minalardan təmizlənib. Ümumilikdə 28,5 min ədǝd olmaqla 10,5 min ədəd piyada əleyhinə mina, 4,8 min ədəd tank əleyhinə mina, 13,2 min ədəd partlamamış hərbi sursat aşkar olunaraq məhv edilib. Qeyd edilən əməliyyatlar çərçivəsində təmizlənmiş ümumi ərazidən 2 min 134,6 hektarı kənd təsərrüfatı, 1 min 633 hektarı nəqliyyat infrastruktur sahasi, 1 min 374,7 hektarı yaşayış massivi, 722 hektarı enerji xətti, 913,3 hektarı digər təyinatlı ərazilər olub.

Hesabatda qeyd edilib ki, 2021-ci ildə hayata keçirilən minatəmizləmə əməliyyatları zamanı Zəngilan rayonunda 1 min 959,7 hektar, Qubadlı rayonunda 1 min 318,2 hektar, Cəbrayıl rayonunda 1 min 083,8 hektar, Füzuli rayonunda 1 min 043,6 hektar, Ağdam rayonunda 781,9 hektar, Tərtər rayonunda 370,1 hektar, Xocavənd rayonunda 127,9 hektar, Şuşa rayonunda 66,4 hektar, Xocalı rayonunda 26 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

“2021-ci il ərzində Agentlik tərəfindən ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar 59 layihənin icrasına başlanılıb, onlardan 46 layihə uğurla yekunlaşıb, 2 layihənin icrası dayandırılıb, digərlərinin icrası isə davam etdirilir. 2021-ci ildə innovativ həllərin, yeni texnologiyaların tətbiqi çərçivəsində multisensor cihazlar ilə təchiz edilmiş dronlar vasitəsilə minalanmış arazilərin kənardan tədqiq edilməsinə başlanılıb. Yeni texnologiyanın tətbiqi nəticəsində işğaldan azad olunmuş ərazilərdə ümumi həcmi 18 min hektar olan müxtəlif sahələr üzra təhlükəli obyektlər və onların koordinatlarını əks etdirən məlumatlar Agentliyə təqdim olunub.

“Qarşıya qoyulmuş məqsədlərə nail olmaq və vəzifələrin icrasını təmin etmək məqsədilə, 2021-ci ildə Agentliyin ümumi işçi heyətinin sayı 540 nəfərdən 902 nəfərə çatdırılıb. Bununla yanaşı, 2021-ci ilin əvvəlində fəaliyyətə 248 nəfərlik əməliyyat heyəti ila başlayan Agentlik ilin sonunda bu sayı 487 nəfərə çatdırıb. 2021-ci ildə ümumilikdə 24 baş minaaxtaran itin dəstəyindən istifadə olunub.”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.