Son yeniləmə: 7 Mart 2022 18:55
Bayraqdar.info – Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.
Bu barədə bayraqdar.info-ya martın 7-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, martın 7-dək Azərbaycana 3 min 138 nəfər təxliyə olunub. Onların sırasında çarter reysləri vasitəsilə 1 nib 908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1 min 263 nəfər təşkil edir: “Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcəkdir”.