Press "Enter" to skip to content

Ermənilər yenə yalan danışır

Bayraqdar.info – Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.

Bu barədə bayraqdar.info-ya martın 7-də Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatında qeyd olunub ki, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir. Ordumuzun bölmələri bölgədə sabitliyin təmin olunması və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir.

Mission News Theme by Compete Themes.