Son yeniləmə: 6 Mart 2022 12:58
Bayraqdar.info – Xəbər verdiyimiz kimi qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycanda səfərdə olub.
Səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilən M.Çavuşoğlu həmçinin xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb.
Qeyd edək ki, qardaş ölkənin xarici işlər naziri Twitter hesabından səfərlə bağlı maraqlı paylaşım edib. “Azərbaycan ziyarətimiz” başlıqlı paylaşımda M.Çavuşoğlunun Bakıda keçirdiyi rəsmi görüşlər, mətbuat konfransı, həmçinin, İçərişəhərdə sadə insanlarla söhbətləşməsinə dair videogörüntülər yer alıb.
#Azerbaycan Ziyaretimiz
Visit to #Azerbaijan 🇹🇷🇦🇿 pic.twitter.com/tuSO6o3fjD— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 5, 2022