Press "Enter" to skip to content

Daha 180 Azərbaycan vətəndaşı

Bayraqdar.info – Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılardan daha 180 nəfəri Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə ölkəmizə gətirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin tviterdəki səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunub ki, sərnişinlərin 6-sı körpədir. O da vurğulanıb ki, indiyədək 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gətirilib.

Mission News Theme by Compete Themes.