Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlu: Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik

Mevlüt Çavuşoğlu

Son yeniləmə: 5 Mart 2022 20:48

Bayraqdar.info – “Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik”.

Bunu  Azərbaycanda səfərdə olan qardaş Türkiyənin xariic işlər naziri Mevlüt Çavuşoğlu dedi.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında M.Çavuşoğlu bildirdi ki, Ukrayna hadisələrini narahatlıqla izləyirik: “Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk”.

Onun sözlərinə görə bu gün dünyada həm Rusiya, həm də Ukrayna ilə uğurlu əlaqələr quran, hımçinin hazırda hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan bilən ölkələrin sayı elə də çox deyil: “Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkədir. Bu münasibətlərdən istifadə edərək savaşın dayandırıması üçün səylərimizi davam etdiririk”.

Türkiyə nazir martın 5-də Ukrayna və Rusiya arasında humanitar atəşkəslə bağlı əldə olunan razılaşmanı dəstəklədiklərini də bəyan etdi. Qeyd edildi ki, humanira atəşkəs Türkiyəyə öz vətəndaşlarını Ukraynadan təxliyə etməkə ılavə imkan yaradır: “Hazırda Sumi istiqamətində olan Türkiyə vətəndaşlarının təxliyəsi üçün danışıqlar aparılır. Vətəndaşlarımız üçün Ukryana, yaxud Rusiya istiqamətində humanitar koridorun açılmasına çalışırıq”.

M.Çavuşoğlu ümumiyyətlə martın 5-dək 11 min 24 Türkiyə vətəndaşının Ukraynadan təxliyə edildiyini bildiridi: “Bu gün Kiyevdən qatar nəzərdə tutulur. Sumidə humaniar koridorun açılmasına çalışırıq. Bu planlarımız reallaşarsa, 400 Türkiyə vətəndaşı təxliyə olunacaq”.

Mission News Theme by Compete Themes.