Press "Enter" to skip to content

“Diplomat Chess Cup” başa çatdı

Diplomat Chess Cup

Son yeniləmə: 5 Mart 2022 12:37

Bayraqdar.info – Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri arasında şahmat turniri keçirilib. “İdman Həftəsi” çərçivəsində 2 gün davam edən yarışda Böyük Britaniya, Fransa, Bolqarıstan, Qətər, Venesuela və Hindistanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşları mübarizə aparıb.

Azərbaycan Şahmat Federsasiyasından bayraqdar.info-ya bildirilib ki, Bolqarıstan təmsilçisi Boris Borisov və Fransa səfirliyinin əməkdaşı Harronis Yanick müvafiq olaraq 2-3-cü yerləri tutub. Fransanın Azərbaycandakı səfirliyinin digər əməkdaşı Faiq Həşimli yarışın qalibi olub.

“Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov tərəfindən diplom, xatirə hədiyyələri təqdim olunub”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.