Son yeniləmə: 5 Mart 2022 09:22
Bayraqdar.info – “Marsol” şirkəti tərəfindən iş adamları üçün işgüzar səhər yeməyi təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin rəhbər heyəti də görüşdə iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya martın 5-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə biznes mühitinə və KOB sektoruna dair Agentliyin rəhbər heyəti və iş adamları arasında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lar üçün dəstək mexanizmləri və xidmətlər, KOB sahəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib.