Son yeniləmə: 5 Mart 2022 17:02
Bayraqdar.info – Azərbaycanın para-atletika üzrə yığma komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yola düşüb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, on günlük toplanış baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında gerçəkləşəcək.
Məqsəd 2 – 9 mayda İtaliyanın Yesolo şəhərində keçiriləcək para-atletika üzrə lisenziya xarakterli Qran-priyə səmərəli hazırlaşmaqdır.