Son yeniləmə: 5 Mart 2022 14:40
Bayraqdar.info – Hər il 5 Mart tarixi Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Dövlətin idmana, bədən tərbiyəsinə ildən-ilə artan diqqəti, eyni zamanda idmançıların peşəkarlıqlarının artırılmasına göstərilən davamlı qayğı və uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan cüdoçuların simasında bütün idmançıları təbrik edirik!
Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya bildirilib ki, bu gün münasibətilə cüüdoçular video təbrik hazırlayıblar. İzləyək: