Press "Enter" to skip to content

9 min 500 nəfərə yaxın Azərbaycan vətəndaşı Ukraynadan təxliyə edilib

Son yeniləmə: 5 Mart 2022 20:36

Bayraqdar.info – Martın 5-dək 9 min 500 nəfərə yaxın Azərbaycan vətəndaşı Ukraynadan təxliyə edilib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov dedi.

Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə nazir bildirdi ki, Ukraynadakı vətəndaşlarımızla bağlı atılan hər bir addım dövlət başçısının diqqətindədir.

“Bu gün səhərə olan məlumatlara görə, çarter reysləri vasitəsilə 1111 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı 150-ni ötüb”,- deyə nazir bildirdi.

Mission News Theme by Compete Themes.