Press "Enter" to skip to content

Türkiyənin Azərbaycandakı səfiri KOBİA-da

Son yeniləmə: 4 Mart 2022 13:10

Bayraqdar.info – Türkiyәnin Azərbaycandakı səfiri Cahit Bağcı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində oluib. Burada KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla səfir arasında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya martın 4-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) Bakıda səfərdə olan nümayəndələri də iştirak edib. Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.