Press "Enter" to skip to content

Tovuz “ASAN Həyat” kompleksinin iki illiyi

"Asan xidmət"

Son yeniləmə: 4 Mart 2022 12:12

Bayraqdar.info – Tovuz “ASAN Həyat” kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 4 mart 2020-ci il tarixində baş tutub. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ASAN radio, ABAD mərkəzi, “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki, Kinoklub, ”ABAD məktəb” təlim mərkəzi, Hərbi Vətənpərvərlik Mərkəzi, ASAN Kafe fəaliyyət göstərir.

Bu barədə bayraqdar.info-ya martın 4-də “ASAN xidmət”dən xəbər daxil olub. Xəbərdə qeyd edilir ki, Tovuz regional “ASAN xidmət” mərkəzi 4 may 2020-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

“Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 525 000 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir.

“Tovuz “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabrikində sifariş əsasında 31 çeşid çay məhsulunun istehsalı həyata keçirilir ki, həmin məhsulların da 10 çeşidi hazırda ABAD vasitəsi ilə pərakəndə satışa çıxarılır”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.