Press "Enter" to skip to content

Tomas Taro Netzer Azərbaycan boksçuları ilə

Tomas Nedzer Boks Federasiyasında

Son yeniləmə: 4 Mart 2022 18:21

Bayraqdar.info – Azərbaycan Boks Federasiyasında (ABF) Beynəlxalq Olimpiya Komitəsinin ingiltərəli həkimi, professor Mayk Luzmor və “Complexcore” fizioterapiya təşkilatının avstriyalı direktoru Tomas Taro Netzerlə görüş olub.

“Görüşdə ABF-in baş katibi Nağı Səfərov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov, ABF prezidentinin müşaviri Samir Hüseynov, federasiyanın həkimləri Zaur Abdullayev, Leyla Nəsirova, fizioterapevtlər Bəxtiyar Musayevlə Fuad Əliyev iştirak ediblər.

Azərbycan Boks Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, yığıncaqda gələcək əməkdaşlıq müzakirə olunub. Bundan əlavə, qonaqlarla ətraflı fikir mübadiləsi aparılıb və görüşlərin davamlı olacağı barədə razılıq əldə edilib.

Mission News Theme by Compete Themes.