Press "Enter" to skip to content

8 mart bayramı ilə bağlı çağırış

Təhsil Nazirliyi

Son yeniləmə: 4 Mart 2022 12:41

Bayraqdar.info – Təhsil Nazirliyindən verilən xəbərə görə, Nazirlik yanında İctimai Şura 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik.

“Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar elektron poçt ünvanına müraciət edə bilərlər.

“Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir.

“Müraciət xanımların 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilməsi ilə yekunlaşdırılır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.