Son yeniləmə: 4 Mart 2022 10:33
Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev martın 12-də Gəncə şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək.
Təhsil Nazirliyindən martın 4-də bu barədə bayraqdar.info-ya bildirilib. Xəbərdə deyilir ki, qəbulda Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
“Qeyd olunan şəhər və rayonların sakinləri 4 mart 2022-ci il tarixinədək (saat 18:00-dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, Nazirliyin saytının əlaqə bölməsi vasitəsilə elektron və rəsmi Whatsapp xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər”, – deyə xəbərdə qeyd edilir.