Press "Enter" to skip to content

Sloveniyadan Rusiyaya təzminat tələbi

Son yeniləmə: 4 Mart 2022 00:05

Bayraqdar.info – Rusiyanın Ukraynaya hərbi müdaxiləsi hər keçən gün ortaya yeni problemlər çıxarır. Bu arada bəlli olub ki, Sloveniya Rusiyadan təzminat və üzr tələb edib.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiyanın Xarkovu raket atəşinə tutması nəticəsində Sloveniyanın bu şəhərdəki konsulluğunun binası da darmadağın olub. Bu isə Sloveniyada haqlı və sərt etiraza səbəb olub.

Rusiyanın Lubyanadakı səfiri Timur Eyvazov Sloveniya Xarici İşlər Nazirliyinə çağrılıb. Burada səfirə dinc insanların hədəfə alınmasının müharibə cinayəti olduğu bildirilib. Həmçinin Sloveniyanın Rusiyanın bu addımına görə BMT, ATƏT, Avropa Şurası və NATO-ya məlumat verməyə planlaşdırdığı da qeyd edilib.

Sloveniya baş naziri Janez Jansa da konsulluq binasının dağılmasının ardından Rusiya Federasiyası ilə olan bütün razılaşmalara yenidən baxıla biləcəyinə işarə edib. J.Jansa rus xalqını özlərini və qonşularını təhlükəyə atmayacaq bir lider seçməyə çağırıb.

Mission News Theme by Compete Themes.