Son yeniləmə: 4 Mart 2022 00:12
Bayraqdar.info – Rusiya-Ukrayna müharibəsi kontekstində Moskvanı çətin duruma salan daha bir qərar qəbul edilib. Bu qərar isə Şimali Makedoniyadan gəlib.
Bununla bağlı məlumatda qeyd edilir ki, Şimali Makedoniya hökuməti Rusiya Federasiyasının televiziya kanallarının bu ökə ərazisində yayımının dayandırılmasını tövsiyə edib. Öz növbəsində Makedonski Telekom Platforması bu tövsiyəyə uyğun addım atıb.
Belə ki, Makedonski Telekomun IPTV ptalforumunda əvvəllər yayımlanan rus kanallarına açmaq istərkən ekranda “Peyk siqnalının kəsilməsi səbəbindən kanal hazırda mövcud deyil” sözləri görünür.
Öz növbəsində Avropa Bilriyinin qərarı ilə martın 3-dən etibarən Rusiyanın dövlət mediyası olan
“Russia Today” və “Sputnik”in AB ərazisində yayımının dayandırılmasına qərar verib.