Son yeniləmə: 4 Mart 2022 12:55
Bayraqdar.info – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 11-də saat 11:00-da Ağstafa şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa rayonu, Hüseyn Arif küç.1) Ağstafa, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bayraqdar.info-ya bildirilib. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
“Qəbula yazılmaq üçün martın 10-a qədər Nazirliyin “Çağrı” Mərkəzi (1655), elektron poçtu və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.
“Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Ağstafa, Tovuz və Qazax telekommunikasiya qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər”, – deyə xəbərdə qeyd edilib.