Son yeniləmə: 4 Mart 2022 17:31
Bayraqdar.info – 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində Göygöl rayonunda veloyürüş keçirilib.
Gənclər və İdman Nazirliyinin fevralın 27-dən başlatdığı veloyürüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi və Göygöl rayon Gənclər və İdman İdarəsinin nümayəndələri də iştirak ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə qeyd edilib ki, veloyürüşdə 50-yə yaxın yeniyetmə və gənc iştirak edib.