Press "Enter" to skip to content

Goranboylu fermerlər razıdır

Son yeniləmə: 4 Mart 2022 15:31

Bayraqdar.info – Goranboyda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.

Bu barədə bayraqdar.info-ya martın 4-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, Goranboy Suvarma Sistemləri idarəsi rayonun 66500 hektar əkin sahələrinin suvarılmasına xidmət edir: “Ötən il əkin sahələrinin suvarılması tam olaraq aparılıb. Bu sahələrdən3000 ha pambıq, 24500 ha taxıl, 15200 ha yem bitkiləri, 8500 ha həyətyanı, bostan, çoxillik bağ, günəbaxan, qarğıdalı, çuğundur və tütün plantasiyaları olub”.

D.Şərifov deyib ki, bu il də idarə payızlıq və yazlıq əkinlərin suvarılmasının mütəşəkkil aparılması üçün hazırlıq işlərini davam etdirir: “Rayonda əkin aparılan sahələrin 46000 hektarı 958 ədəd subartezian quyusu və 16 ədəd nasos stansiyaları, 20500 hektarı isə təbii su mənbələri vasitəsi ilə suvarılır”.

Qeyd olunub ki, suvarma suyunun əkin sahələrinə çatdırılması üçün 1100 metr torpaq məcralı kanal beton üzlüyə alınıb, 3 ədəd hidrotexniki qurğularda və 3 ədəd nasos stansiyalarında cari təmir işləri aparılıb: “Bundan başqa balansda olan 680 ədəd subartezian quyularının nasosları təmir olunub, 50 ədədinin idarəetmə şitləri yeni çəpərə alınıb, 45 ədəd subartezian quyularının isə elektrik avadanlıqların da sazlama işləri aparılıb.

“Goranboy rayonunda uzun illərdir təsərrüfatla məşğul olan fermerlər bu il əkdikləri məhsulun sahəsini genişləndirmək qərarına gəliblər: “Bu da suvarma suyunun daha asan və itkisiz əldə olunması ilə əlaqəlidir. Goranboy Suvarma Sistemləri İdarəsi su itkisinin qarşısının alınması və suvarma suyununun fermerlərə daha asan çatdırılması üçün torpaq məcralı kanallarda lildən təmizləmə işlərini də davam etdirir. Bu günə qədər idarənin texnikaları vasitəsilə 541 min kub metrkanal və arxlarda lildən təmizləmə işləri görülüb, selə qarşı mübarizə tədbirləri çərçivəsində isə 77000 kub metr çay məcraları təmizlənib.

Qeyd edək ki, idarə tərəfindən məhsuldarlığını tamamilə itirmiş Xınalı,Goranlı, Fəxralı, Qaramusalı, Borsunlu Səfikürd kəndlərində 1, Veyisli kəndində isə 2 ədəd olmaqla ümumilikdə 8 ədəd subartezian quyusunun iş rejimi bərpa olunub”.

Mission News Theme by Compete Themes.