Son yeniləmə: 4 Mart 2022 15:11
Bayraqdar.info – Qan Donorları Assosiasiyasının təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Qırmızı Ürəklər” (Red Hearts) Fondunun maliyyə yardımı, Mərkəzi Qan Bankı və “Fairmont” Baku Otelin dəstəyi ilə III Gənc Qan Donorlarının Ümumrespublika Forumu keçiriləcək.
Qan Donorları Assosiasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 5 -6 -7 aprel tarixlərində baş tutacaq Forumun məqsədi Rspublikada qan donorluğunun inkişafına dəstək göstərilməsidir.
“Forumun məqsədi Respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.
“Üç gün davam edəcək layihədə, iştirakçı qismində ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 nəfər gənc iştirak edəcək. Layihənin rəsmi açılış mərasimi “Fairmont” Baku Hotelində aprelin 6-da baş tutacaq. Layihədə iştirak etmək istəyən gənclərdən aşağıda qeyd olunmuş linkdən qeydiyyatdan keçmələrı xahış olunur. Əlavə suallar yaranarsa: Mob (+99455) 4092726 və elektron ünvan vasitəsilə əlaqə saxlaya bilərlər”, – deyə xəbərdə qeyd edilib.