Son yeniləmə: 3 Mart 2022 23:58
Bayraqdar.info – Ukraynada, o cümlədən Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Bu arada bəlli olub ki, martın 3-də Xarkov şəhərinə atılan raketlərdən biri Azərbaycanın bu şəhərdəki fəxri konsulluğunun binasına yaxın əraziyə düşüb.
Konsulluqdan bayraqdar.info-ya verilən məlumata görə, partlamanın zərbəsindən konsulluq binasının şüşələrinə zərər dəyib. Buna baxmayaraq konsulluq 24 saatlıq iş rejimindən fəaliyyətini davam etdirir. Konsulluğumuz fəaliyyətini Azərbaycanın Xarici İşlər Nazirliyinin təlimatı əsasında həyata keçirir.
“Xarkov şəhərində yaşayan həmvətənlərimizin evakuasiyası prosessi Xarkov vilayət adminstrasiyası və dəmiryolu idarəsi ilə kordinasiyalı şəkildə davam etdirilir. Gün ərzində 500-dən artıq həmvətənimiz daha təhlükəsiz bölgələrə evakuasiya ediliblər”, – deyə məlumatda qeyd edilib.