Son yeniləmə: 4 Mart 2022 00:09
Bayraqdar.info – “Kıbrıslı türklərin Kıbrıs adasında rumlarla bərabər hüquqlara malik olması danılmaz faktdır”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar bildirib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar açıqlamasında həmçinin “Londonda Waltham Forest Council tərəfindən bizə tətbiq edilən ayrı-seçkiliyə qarşı durmaq səylərinin bir hissəsi olaraq Kıbrıs Türk Dərnəkləri Şurasına dəstək verən bütün birliklərə və insanlara dərin hörmət və minnətdarlığımı bildirmək istəyirəm”, – deyib.
KKTC Cümhurbaşqanı açıqlamasında həmçinin bildirib: “Bayrağımızı, kimliyimizi və mədəniyyətimizi inkar etməklə, hər iki tərəfin fərqlilikləri ilə birlikdə yaşaya biləcəyi bərabərlik zəminində davamlı uzlaşmaya nail olmaq mümkün deyil. Keçən il noyabrın 15-də parlamentin icazəsi ilə qaldırılan bayrağımızın “qadağan edilməsi” və bayrağımızın vaxtından əvvəl endirilməsi çox üzücüdür. Ümid edirəm ki, bu səhv düzəldiləcək və səsimizi aidiyyəti tərəflər eşidəcək. Bu gecə etirazçılara ən səmimi salamlarımı göndərirəm və bu ayrı-seçkiliyə son qoymaq üçün qətiyyətli mövqeyinizə görə təşəkkür edirəm”.