Son yeniləmə: 4 Mart 2022 09:57
Bayraqdar.info – 2020-ci il üzrə 197, 2021-ci il üzrə isə 430 nəfər olmaqla, ümumilikdə 627 müəllim güzəştli ipoteka krediti əldə etmək hüququndan yararlanıb.
Bu barədə martın 4-də bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edir ki, güzəştli ipoteka kreditinin verilməsi qaydasında 2020-ci il mayın 7-də edilmiş dəyişikliklərə əsasən, gənc ailənin üzvü olan və azı 3 il ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslərə güzəştli ipoteka krediti almaq hüququ verilib. Eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslər də bu hüquqdan yararlana biliblər.